Ev Hərbi Xəbərlərİllər sonra üzə çıxan detal: MOSSAD gizli əməliyyatı necə hazırlayıb?

İllər sonra üzə çıxan detal: MOSSAD gizli əməliyyatı necə hazırlayıb?

by Baş Redaktor
4 Baxış

İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın keçmiş rəhbəri Yossi Kohen 2018-ci ildə İrana qarşı həyata keçirilmiş əməliyyatlarla bağlı yeni sirlər açıb.

Army.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

O bildirib ki, İranın nüvə arxivinin ələ keçirilməsi əməliyyatına hazırlıq mərhələsində xüsusi planlama aparılıb və təhlükəsizlik məqsədilə məşqlər İsrail ərazisində deyil, Afrika ölkələrindən birində həyata keçirilib.

Onun sözlərinə görə, MOSSAD İranın nüvə arxivinin saxlandığı mərkəzin tam ölçülü maketini hazırlayıb və əməliyyatın bütün mərhələləri həmin model üzərində dəfələrlə sınaqdan keçirilib.

banner

“Əməliyyat üçün obyektin eynisi hazırlanmışdı. Təhlükəsizlik səbəbilə məşqləri İsraildə yox, Afrikada keçirdik”, – deyə Kohen qeyd edib.

Əlaqəli Yazılar Xüsusi