Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya, Belarus və Ukrayna xalqlarının gələcəkdə yenidən yaxın münasibətlər quracağına inandığını bildirib.
Army.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.
O qeyd edib ki, oxşar fikirləri yaxın zamanda Ukrayna Prezidenti Volodimir Zelenskinin nümayəndələrinə də çatdırıb.
Belarus liderinin sözlərinə görə, hazırkı siyasi gərginliklərə baxmayaraq, gələcəkdə region xalqları arasında münasibətlərin normallaşması mümkündür.
“Əminəm ki, gec-tez xalqlarımız yenidən birlikdə olacaq. Mən bunu yaxın vaxtlarda Zelenskinin nümayəndələrinə də demişəm. Vaxt keçəcək, biz münasibətlərimizi bərpa etmək və inkişaf etdirmək yollarını tapacağıq. Bu məsələdə Belarusa etibar edə bilərsiniz”, – deyə Lukaşenko bildirib.
