Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-ın ölkəsinə qarşı yürütdüyü siyasətin Vaşinqtonun beynəlxalq mövqeyinə mənfi təsir göstərdiyini və onun təcridini dərinləşdirdiyini bildirib.
Army.az xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Dias-Kanelin sözlərinə görə, ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlər və təzyiq tədbirləri beynəlxalq ictimaiyyətin dəstəyini qazanmır.
Kuba lideri qeyd edib ki, Vaşinqtonun Kuba xalqına qarşı sərt təzyiq və kollektiv cəzalandırma siyasəti ölkənin özünün beynəlxalq təcridini daha da gücləndirib. Onun fikrincə, ayrı-ayrı suveren dövlətləri Havana ilə ənənəvi əməkdaşlıq və dəstək münasibətlərindən çəkindirmək üçün göstərilən təzyiqlər də gözlənilən nəticəni verməyib.
