Ev Hərbi XəbərlərSaxalində təyyarə qəzası: mühərrik sıradan çıxdı

Saxalində təyyarə qəzası: mühərrik sıradan çıxdı

by Baş Redaktor
51 Baxış

Rusiyanın Saxalin vilayətində An-3 tipli təyyarə təlim uçuşu zamanı mühərrikinin sıradan çıxması səbəbindən qəza enişi edib. Hadisə nəticəsində təyyarə yanıb, lakin göyərtədə olanların heç biri xəsarət almayıb.

Army.az xəbər evrir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisə “Zonalnoye” eniş meydançasından təxminən iki kilometr aralıda baş verib. Təyyarə təlim uçuşu həyata keçirərkən mühərrikdə nasazlıq yaranıb və ekipaj məcburi sərt eniş etmək qərarına gəlib.

Məlumata əsasən, təyyarənin göyərtəsində üç ekipaj üzvü və Saxalin aviabazasının beş paraşütçüsü olub. Onların hamısı təyyarədən təhlükəsiz şəkildə təxliyə edilib.

banner

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Əlaqəli Yazılar Xüsusi