“Avropa İttifaqının Ermənistana marağı əsasən təşkilatın beynəlxalq nüfuzunun qorunması və genişlənmə ideyasının cəlbedici görünməsi ilə bağlıdır”.
Army.az xəbər verir ki, bunu politoloq Tatyana Romanova deyib.
O bildirib ki, Aİ üçün yeni ölkələrin namizəd statusu almağa can atması siyasi baxımdan mühüm simvolik əhəmiyyət daşıyır:
“1970-ci illərdə Yunanıstan, İspaniya və Portuqaliyanın müraciətləri Avropa layihəsinin digər dövlətlər üçün də cazibədar olduğunu göstərərək Brüsseldə müsbət əhval yaratmışdı. Gürcüstan və Ermənistanla münasibətlərin inkişafında əsas amillərdən biri də Avropa layihəsinin gələcəyi və onun xaricdəki populyarlığı barədə narrativin qorunmasıdır”.
