Ev DünyaMakrondan Avropaya çağırış: “Rusiya ilə dialoqa başlamalıyıq”

Makrondan Avropaya çağırış: “Rusiya ilə dialoqa başlamalıyıq”

by Baş Redaktor
48 Baxış

Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələrini Rusiya ilə birbaşa dialoqu bərpa etməyə və bu istiqamətdə təşəbbüsü öz üzərinə götürməyə çağırıb.

Army.az xəbər verir ki, Makron jurnalistlərlə söhbəti zamanı Avropanın Moskva ilə danışıqlara başlamasının vacibliyini vurğulayıb.

Fransa liderinin sözlərinə görə, Avropa Rusiyaya münasibətdə diplomatik təşəbbüsü yenidən ələ almalı və mümkün danışıqların formatını müəyyənləşdirməlidir.

Makron, həmçinin Ukraynaya ABŞ tərəfindən əvvəlki dəstəyin artıq olmadığını iddia edib.

banner

Əlaqəli Yazılar Xüsusi