Ev DünyaUraloğlu: “Ermənistanla sərhədin açılması üçün bütün hazırlıqlar tamamlanıb”

Uraloğlu: “Ermənistanla sərhədin açılması üçün bütün hazırlıqlar tamamlanıb”

by Baş Redaktor
54 Baxış

Türkiyə Ermənistanla sərhədlərin açılması məsələsində yekun sülh razılaşmasını əsas şərt kimi görür. Ankara Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmadan quru sərhədinin açılmasını nəzərdə tutmur.

Army.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu bildirib.

Nazirin sözlərinə görə, Ermənistanla həm avtomobil, həm də dəmir yolu əlaqəsinin bərpası üçün zəruri texniki və infrastruktur işləri artıq tamamlanıb.

Beləliklə, Uraloğlunun açıqlamasına əsasən, Türkiyə tərəfi keçid məntəqələrinin fəaliyyətə başlaması üçün hazırlıqları başa çatdırsa da, sərhədin açılması siyasi razılaşmadan asılı olaraq qalır.

banner

Əlaqəli Yazılar Xüsusi