Ev Hərbi XəbərlərTehran yeni strategiyaya keçir: dronlar və süni intellekt ön planda

Tehran yeni strategiyaya keçir: dronlar və süni intellekt ön planda

by Baş Redaktor
35 Baxış

İran Ukraynadakı müharibəni təhlil edərək silahlı qüvvələrini müasir döyüş şəraitinə uyğunlaşdırmağa çalışır.

Army.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

“Son beş ildə jurnalistlər İranın hərbi jurnallarında dərc olunmuş 300-dən çox məqaləni araşdırıblar. Qeyd olunur ki, Tehran həm Rusiyanın hərbi taktikasını, həm də Ukraynanın daha güclü rəqibə qarşı uyğunlaşma üsullarını diqqətlə izləyib.

Xüsusilə İran ucuz texnologiyalara və ordunun kütləvi təchizatına üstünlük verib. Bu çərçivədə Rusiya ordusunun dron istifadəsi və Ukraynanın 3D printerlər vasitəsilə pilotsuz aparat istehsalı təcrübəsi öyrənilib.

banner

Bundan əlavə, Tehran kiçik dronlar və süni intellektdən istifadə etməklə kibermüharibə imkanlarını modernləşdirməyə maraq göstərir.

FT qeyd edir ki, bu dəyişikliklər İran ordusunun daha mobil bölmələrə keçidi, hərbi hazırlıq metodlarının yenilənməsi və döyüş taktikasının dəyişdirilməsi ilə müşayiət olunur.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment