“Vaşinqton üçün əsas prinsip dəyişməz qalır və İranın nüvə silahı əldə etməsinə heç bir şəraitdə yol verilməyəcək”.
Army.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
ABŞ rəsmisi Vaşinqton və Tehran arasında mümkün nüvə anlaşması perspektivinə toxunaraq bildirib ki, ABŞ bu məsələdə öz sərt və dəyişməz mövqeyini qoruyur.
Onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar prosesi davam edir. Rubio əlavə edib ki, yekun razılaşmanın əldə olunması üçün rəsmi Iran təqdim edilən şərtləri qəbul etməli və üzərinə götürəcəyi öhdəliklərə tam şəkildə əməl etməlidir.
