İranda 57 müsəlman ölkəsini əhatə edə biləcək yeni beynəlxalq birlik yaradılması təşəbbüsü irəli sürülüb. Təklif müəllifləri bu formatı qeyri-rəsmi şəkildə “İslam NATO-su” kimi təqdim edirlər.
Army.az xəbər verir ki, bu ideya ilə İranın daxili işlər nazirinin xüsusi köməkçisi Məhəmməd Həsən Nami çıxış edib.
Onun fikrincə, müsəlman dövlətlərinin vahid platformada birləşməsi geniş enerji ehtiyatları, iqtisadi imkanlar və əsas nəqliyyat marşrutları üzərində nəzarət hesabına yeni qlobal təsir mərkəzinin formalaşmasına səbəb ola bilər.
Nami xüsusilə Hörmüz boğazı kimi strateji əhəmiyyət daşıyan marşrutların belə bir ittifaqın potensialını artıracağını vurğulayıb.
