İsrail müdafiə naziri İsrael Kats İranın və ya digər tərəflərin HƏMAS-ın yenidən silahlanmasına şərait yaratmasına imkan verməyəcəklərini bildirib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Nazirin sözlərinə görə, İsrail İran ərazisində Fələstin hərəkatının bir sıra liderlərini zərərsizləşdirib. Kats vurğulayıb ki, bundan sonra da HƏMAS-ın yenidən silahlandırılmasının qarşısını almaq üçün tədbirlər görüləcək.
İsrael Kats eyni zamanda İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların hələ yekunlaşmadığını açıqlayıb.
O qeyd edib ki, İsrailin həm İranda, həm də digər cəbhələrdə qarşısına qoyduğu mühüm məqsədlər qalır və bu məqsədlərə çatmaq üçün hərbi və siyasi addımlar atılacaq.
