Ev DünyaPrezident seçkiləri bu tarixdə keçirilə bilər – Ərdoğan namizəd olacaq?

Prezident seçkiləri bu tarixdə keçirilə bilər – Ərdoğan namizəd olacaq?

by Baş Redaktor
8 Baxış

Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum növbəti prezident və parlament seçkilərinin mümkün keçirilmə tarixi ilə bağlı açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Uçumun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin 360 deputatın səsi ilə seçkilərin yenilənməsinə qərar verməsi halında səsvermə 16 aprel 2028-ci ildə keçirilə bilər.

O, 16 aprel tarixinin Prezident üsul-idarəsi sisteminə keçidin ildönümünə təsadüf etdiyini və bu baxımdan simvolik məna daşıdığını bildirib.

banner

Mehmet Uçum həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın növbəti seçkidə namizədliyini irəli sürəcəyini və bunun onun sonuncu namizədliyi olacağını deyib.

Əlaqəli Yazılar Xüsusi