34
Tayvanın şimal-şərq sahilləri yaxınlığında 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Army.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi (CWA) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri dənizdə, İlan şəhərindən 39,4 kilometr şərqdə yerləşib. Yeraltı təkanlar İlan və Hualyan rayonlarının bir sıra ərazilərində daha güclü hiss olunub.
Dağıntı və xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.
