Ev GündəmQriqoryan: “Ermənistan” fraksiyası TRIPP-in əleyhinə səs verəcək

Qriqoryan: “Ermənistan” fraksiyası TRIPP-in əleyhinə səs verəcək

by Baş Redaktor
31 Baxış

Ermənistan parlamentində təmsil olunan müxalif “Ermənistan” fraksiyası “Tramp marşrutu” (TRIPP) layihəsini dəstəkləməyəcək.

Army.az xəbər verir ki, bu barədə fraksiyanın rəhbəri Anna Qriqoryan açıqlama verib.

Deputat hesab edir ki, Ermənistanla ABŞ arasında imzalanması nəzərdə tutulan sənəd hüquqi baxımdan iki tərəfli xarakter daşısa da, onun müddəalarında Azərbaycanın maraqları daha qabarıq şəkildə ifadə olunub.

Qriqoryanın sözlərinə görə, müqavilənin rəsmi tərəfləri Ermənistan və ABŞ olsa da, sənədin məzmunu Azərbaycanla bağlı məsələləri də əhatə edir. O iddia edib ki, layihədə Azərbaycanın maraqlarına Ermənistanın maraqlarından daha çox üstünlük verilir.

banner

Müxalif deputatın fikrincə, layihənin həyata keçirilməsi ABŞ-yə regionda, o cümlədən İranla sərhəd ərazisində mövqelərini gücləndirmək imkanı yarada bilər. O, həmçinin Azərbaycanın ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə qurmaq imkanını əldə edəcəyini bildirib. Qriqoryan bu məqsədin Türkiyənin də strateji maraqlarına uyğun olduğunu iddia edib.

Əlaqəli Yazılar Xüsusi