14
Rusiya ABŞ tərəfi ilə Arktika bölgəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirir.
Army.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin açıqlayıb.
Putinin sözlərinə görə, Rusiya Arktikada müxtəlif ölkələrlə əməkdaşlıq edir. O xatırladıb ki, əvvəllər ölkənin yataqlarında Avropa və Çin şirkətləri ilə birgə iş aparılıb.
Rusiya lideri hazırda ABŞ tərəfdaşları ilə də ortaq layihələrin həyata keçirilməsi imkanlarının araşdırıldığını bildirib.
