Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə dizel yanacağı razılaşması məsələsində ABŞ lideri Donald Trampa istehzalı münasibəti Avropa ölkələrinin rəhbərləri arasında narahatlıq yaradıb.
Army.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Zelenski ilə Tramp arasında yaranmış fikir ayrılığı Ukraynanın Avropadakı müttəfiqlərini ciddi şəkildə düşündürür. Avropa liderləri iki prezident arasındakı gərginliyin daha da artmasının həm Ukraynanın, həm də Avropanın təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.
FT-nin məlumatına əsasən, tərəflər arasında mübahisənin dərinləşməsi Kiyevin müttəfiqləri ilə münasibətlərinə və regional təhlükəsizliklə bağlı vəziyyətə təsirləri baxımından diqqətlə izlənilir.
