Ev DünyaBakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək

Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək

by Baş Redaktor
30 Baxış

Gürcüstanın Azərbaycandakı səfirliyinin yeni binasının layihələndirilməsi və tikintisi ilə əlaqədar satınalma prosesinin təşkili Gürcüstanın Bələdiyyələrin İnkişafı Fonduna tapşırılıb.

Army.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.

Sənədə əsasən, yeni diplomatik nümayəndəlik Bakının Yasamal rayonunda, Bəşir Səfəroğlu və Nəriman Nərimanov küçələrinin kəsişməsində yerləşən 3 444,5 kvadratmetr sahədə inşa olunacaq.

Layihənin həyata keçirilməsi tikinti və layihələndirmə mərhələlərini birləşdirən “Design-Build” müqaviləsi əsasında aparılacaq. 2026-cı il üçün planlaşdırılan işlərin maliyyələşdirilməsi isə Gürcüstanın dövlət büdcəsindən Bələdiyyələrin İnkişafı Fonduna ayrılan vəsait hesabına təmin ediləcək.

banner

Əlaqəli Yazılar Xüsusi