Ev DünyaRuben Rubinyan: “27 Oktyabr hadisəsinin üstü niyə vaxtında açılmayıb?”

Ruben Rubinyan: “27 Oktyabr hadisəsinin üstü niyə vaxtında açılmayıb?”

by Baş Redaktor
35 Baxış

Ermənistan parlamentinin sədri Ruben Rubinyan 1999-cu il oktyabrın 27-də parlamentdə baş vermiş terror aktının araşdırılması ilə bağlı suallar səsləndirib. O, hadisənin sifarişçilərini müəyyənləşdirmək mümkün idisə, bunun nə üçün dərhal edilmədiyini sorğulayıb.

Army.az xəbər verir ki, bu barədə Rubinyan açıqlama verib.

Parlament sədrinin sözlərinə görə, hadisə baş verən vaxt Ermənistan prezidenti Robert Köçəryan olub. Rubinyan həmin dövrdə hakimiyyətdə olan rəhbərliyin cinayətin açılması istiqamətində nə üçün nəticə əldə etmədiyini sual edib.

O, həmçinin hadisə ilə bağlı sualların həmin vaxt cəmi 9 yaşı olan özünə ünvanlanmasını qəribə hesab etdiyini bildirib. Rubinyan qeyd edib ki, hadisə ilə əlaqələndirdiyi media qurumlarının nümayəndələri ondan 27 Oktyabr terror aktının niyə açılmadığını soruşurlar.

banner

Əlaqəli Yazılar Xüsusi