Ev DünyaƏrdoğan açıqladı: Bu üç ölkədən birinə hücum olarsa, digərləri hərəkətə keçəcək

Ərdoğan açıqladı: Bu üç ölkədən birinə hücum olarsa, digərləri hərəkətə keçəcək

by Baş Redaktor
44 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişinin NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər müddəaları özündə birləşdirdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ərdoğanın sözlərinə görə, saziş çərçivəsində tərəflərdən hər hansı birinin hücumla üzləşməsi halında digər iki ölkənin də birgə şəkildə hərəkətə keçməsi nəzərdə tutulur:

“Hücumun hansı ölkəyə qarşı yönəlməsindən asılı olmayaraq, ortaq müdafiə mexanizmi üç dövlətin bir-birinə dəstək verməsinə imkan yaradacaq.

banner

Bu, Türkiyəyə, Səudiyyə Ərəbistanına və ya Pakistana qarşı baş verə bilər. Üç ölkədən birinə hücum ediləcəyi təqdirdə, digərləri də ortaq müdafiə prinsipi əsasında lazımi addımları atmaq imkanına malik olacaq”.

Əlaqəli Yazılar Xüsusi