Ev DünyaMəsrur Bərzaninin ofisi vuruldu

Məsrur Bərzaninin ofisi vuruldu

by Baş Redaktor
165 Baxış

İraq Kürdüstanının Ərbil əyalətində iki hücum dronu ilə zərbə endirildiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə “Rudaw” məlumat verib.

Bildirilib ki, İran ərazisindən buraxıldığı iddia edilən “Hadid 110” tipli iki dron Pirmam rayonunda yerləşən İraq Kürd Muxtariyyətinin Baş naziri Məsrur Bərzaninin ofisinə və təhlükəsizlik xidməti rəhbərinin iqamətgahına zərbə vurub.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Zərbələrin vurduğu maddi ziyanla bağlı isə əlavə məlumat verilməyib.

banner

Əlaqəli Yazılar Xüsusi