Ev Hərbi Xəbərlərİran ABŞ-la razılaşmadakı “60 günlük son tarix” iddiasını təkzib etdi

İran ABŞ-la razılaşmadakı “60 günlük son tarix” iddiasını təkzib etdi

by Baş Redaktor
68 Baxış

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə imzalanmış Anlaşma Memorandumunda 60 günlük müddətin yekun tarix kimi müəyyən edilmədiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bəqayi mətbuat konfransında bildirib ki, sənəddə qeyd olunan 60 gün yalnız sanksiyaların aradan qaldırılması və nüvə məsələsi ilə bağlı danışıqların aparılması üçün nəzərdə tutulub:

“Həmin müddət ərzində razılaşma əldə edilməsəydi, danışıqların davam etdirilməsi mümkün idi”.

banner

XİN sözçüsü bu səbəbdən 60 günlük müddətin Tehran üçün nə ultimatum, nə də danışıqların başa çatması üçün məcburi son tarix olduğunu vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi