Ev Hərbi XəbərlərNATO Avropada yeni nüvə yerləşdirməsinə hazırlaşır

NATO Avropada yeni nüvə yerləşdirməsinə hazırlaşır

by Baş Redaktor
26 Baxış

NATO Avropada nüvə çəkindirmə imkanlarının genişləndirilməsi ilə bağlı yeni plan üzərində işləyir.

Army.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, nəzərdən keçirilən əsas variantlardan biri ABŞ-yə məxsus əlavə nüvə silahlarının Avropada yerləşdirilməsidir. Ekspertlər hesab edirlər ki, Vaşinqton artıq B61-12 tipli nüvə bombalarını Böyük Britaniyadakı Leykenhit aviabazasında yerləşdirə bilər.

Bildirilib ki, təhlükəsizlik vəziyyəti daha da gərginləşərsə, Polşa, Finlandiya və Litva da mümkün yerləşdirmə məntəqələri kimi nəzərdən keçirilir.

banner

DPA-nın məlumatına əsasən, plan əsasən qeyri-strateji nüvə silahlarını əhatə edir. Bu silahlar strateji nüvə arsenalı ilə müqayisədə daha az dağıdıcı gücə malik olur və əsasən döyüş təyyarələri, qısamənzilli ballistik raketlər və qanadlı raketlər vasitəsilə tətbiq edilir.

Əlaqəli Yazılar Xüsusi