ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı “yazıq və fəlakətə uğramış ölkə” adlandıraraq Şimal dənizində neft hasilatını artırmağa çağırıb.
Army.az xəbər verir ki, Tramp bu açıqlamanı Leyboristlər Partiyasının lideri Endi Börnhəmin hakimiyyətə gəlməsini şərh edərkən verib.
Börnhəmin iyulun 20-də baş nazir vəzifəsini rəsmən icra etməyə başlayacağı gözlənilir.
ABŞ Prezidenti bildirib ki, Şimal dənizindəki yataqların tam mənimsənilməsi Böyük Britaniyanı “dünyanın ən zəngin ölkələrindən birinə” çevirə bilər. Onun sözlərinə görə, bölgədəki neft ehtiyatları yüz illərlə kifayət edə bilər və yataqların əhəmiyyətli hissəsi hələ kəşf edilməyib.
Tramp həmçinin Böyük Britaniyanın Norveçdən neft almasını “gülünc” adlandırıb və Aberdin yaxınlığındakı külək turbinlərinin şəhərin görünüşünü korladığını bildirərək onların sökülə biləcəyini deyib.
