Ev Hərbi XəbərlərZelenski: Kiyevdə 10 nəfər hələ də dağıntılar altındadır

Zelenski: Kiyevdə 10 nəfər hələ də dağıntılar altındadır

by Baş Redaktor
44 Baxış

Hazırda Kiyevdə ötən gecə Rusiyanın zərbələr endirdiyi üç ərazidə qəza-xilasetmə işləri davam edir. Xilasedicilər dağıntıların böyük hissəsini təmizləsələr də, hələ də 10 nəfərlə əlaqə yaratmaq mümkün olmayıb. Axtarış-xilasetmə əməliyyatı zərurət olduğu müddətdə davam etdiriləcək.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Dövlət başçısının sözlərinə görə, dünən Kiyevə endirilən zərbələr nəticəsində 30 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir.

Zelenski əlavə edib ki, dünən axşam Rusiya qüvvələri Krivoy Roq şəhərinə də zərbələr endirib. Hücum zamanı adi qaraj kooperativinin ərazisi vurulub. Nəticədə 7 nəfər yaralanıb, yaşayış binaları və iki məktəbə ziyan dəyib.

banner

Əlaqəli Yazılar Xüsusi