“İran həm danışıqlara, həm də ABŞ-la yeni hərbi qarşıdurmaya hazırdır”.
Army.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Əgər təcavüzün yeni mərhələsi başlayarsa, biz tamamilə hazırıq. İstənilən təcavüzə, hətta qiyamət günü müharibəsi olsa belə, müqavimət göstərəcəyik. Eyni zamanda, diplomatik danışıqlara da hazırıq. Seçim ABŞ Prezidenti Donald Trampındır”, – deyə Əraqçi bildirib.
O əlavə edib ki, ABŞ tərəfindən təcavüzün yenidən başlanması halında qarşıdurma əvvəlki kimi nəticəsiz olacaq.
