Ev DünyaSi Cinpin ABŞ silahları ala bilər? Trampın sualı gündəm oldu

Si Cinpin ABŞ silahları ala bilər? Trampın sualı gündəm oldu

by Baş Redaktor
49 Baxış

ABŞ administrasiyası Çinə ABŞ istehsalı olan silahların satışını nəzərdən keçirmir.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Bildirilib ki, Vaşinqtonun Pekinə Amerika istehsalı silahların tədarükünü həyata keçirmək niyyəti yoxdur.

ABŞ-ın Çindəki səfiri Devid Perdyu sentyabrın 27-də “Fox News”a müsahibəsində bildirib ki, ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin gələcəkdə ABŞ istehsalı silahlarla maraqlanıb-maraqlanmayacağını soruşub.

banner

Bununla belə, ABŞ administrasiyasının nümayəndəsi WSJ-yə açıqlamasında Vaşinqtonun Pekinə silah satışı ilə bağlı planının olmadığını qeyd edib.

Əlaqəli Yazılar Xüsusi