Rusiya Prezidenti Vladimir Putin ölkəsinin uzunmüddətli təhlükəsizlik məsələləri ilə bağlı açıqlama verib.
Army.az xəbər verir ki, Kreml rəhbəri bu fikirləri Rusiya Dövlət Dumasının IX çağırışının ilk iclasında səsləndirib.
Putin bildirib ki, Moskva qarşıdakı bir neçə nəsil üçün ölkənin təhlükəsizliyini təmin edəcək “zəmanətlər” əldə etməlidir.
Rusiya liderinin sözlərinə görə, bu məsələ ölkənin gələcək strategiyasında mühüm yer tutmalıdır.
Putin çıxışında Rusiyanın təhlükəsizliyinin uzunmüddətli perspektivdə təmin edilməsinin vacibliyini vurğulayıb.
