Ev DünyaQalibaf: “İran xalqına bunu zorla qəbul etdirə bilməzsən”

Qalibaf: “İran xalqına bunu zorla qəbul etdirə bilməzsən”

by Baş Redaktor
7 Baxış

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin ballistik raket imkanları barədə açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qalibaf bildirib ki, İran yüksək dəqiqlikli ballistik raketlərindən istifadə etməklə minlərlə kilometr uzaqlıqdakı hədəfləri vurmaq imkanına malikdir:

“Tramp bilməlidir ki, öz iradəsini güc yolu ilə İran xalqına və silahlı qüvvələrinə qəbul etdirə bilməz”.

banner

O, diplomatik danışıqlara da toxunaraq qeyd edib ki, danışıqlar yalnız diplomatik proses deyil, eyni zamanda mübarizənin başqa formasıdır:

“Danışıqlar da mübarizə meydanıdır. Diplomatiya təslim olmaq demək deyil. Diplomatiya meydanda əldə edilən gücü siyasi nailiyyətə çevirməkdir”.

Əlaqəli Yazılar Xüsusi