Ev DünyaRusiyada aviasiya iflic vəziyyətə düşdü: 13 aeroport bağlandı

Rusiyada aviasiya iflic vəziyyətə düşdü: 13 aeroport bağlandı

by Baş Redaktor
16 Baxış

Rusiyanın cənub bölgəsində yerləşən 13 hava limanı fəaliyyəti müvəqqəti dayandırıb.

Army.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cənub bölgəsində hava hərəkətini idarə edən regional mərkəzin işi administrativ binaya pilotsuz uçuş aparatının düşməsi səbəbindən müvəqqəti olaraq dəyişdirilib.

Bu hadisədən sonra cənub bölgəsində hava hərəkətinin idarə olunması üzrə texnoloji proseslərdə düzəlişlər aparılır.

banner

Aşağıdakı şəhərlərdə hava limanlarının fəaliyyəti dayandırılıb: Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelendjik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista.

Qurum vəziyyətin nəzarətdə saxlandığını və uçuş təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin davam etdirildiyini bildirib.

Əlaqəli Yazılar Xüsusi