Ev DünyaTürkiyədən kritik açıqlama: “Tərəflər sazişə bir addım qalmışdı”

Türkiyədən kritik açıqlama: “Tərəflər sazişə bir addım qalmışdı”

by Baş Redaktor
32 Baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran ətrafında yaranmış gərginliklə bağlı açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl aparılan danışıqlar elə mərhələyə çatmışdı ki, saziş mətninin bəzi bölmələrində yalnız bir neçə ifadənin razılaşdırılması qalırdı.

Fidan bildirib ki, həmin məsələlər həll edildikdən sonra proses iştirakçıları arasında yaxın vaxtlarda razılaşmanın əldə olunacağına dair ciddi inam formalaşmışdı.

banner

Lakin son iki gündə başlanan qarşılıqlı hücumların vəziyyəti dəyişdirdiyini qeyd edən türkiyəli nazir bunun yeni eskalasiya riskləri yaratdığını vurğulayıb.

O, tərəfləri hücumları dayandırmağa, yenidən danışıqlar masasına qayıtmağa və yekun saziş üzərində işi tamamlamğa çağırıb.

Əlaqəli Yazılar Xüsusi