“Ermənistan ekzistensial problemlə üz-üzə qalacaq. Baş verən prosesin mahiyyəti də məhz bundan ibarətdir”.
Army.az xəbər verir ki, bunu erməni iqtisadçı Hrant Mikayelyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, sərhədlərin açılması və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərini şərh edərkən deyib.
İqtisadçı Ermənistan Sənayeçilər və İş Adamları Birliyi ilə Van Ticarət və Sənaye Palatasının Ermənistan-Türkiyə münasibətlərinin inkişafı və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı keçirdiyi görüşlərə də münasibət bildirib.
Mikayelyanın fikrincə, sərhədlərin açılması və iqtisadi əlaqələrin genişlənməsi Ermənistan üçün yalnız yeni imkanlar deyil, eyni zamanda ciddi risklər də yarada bilər.
O, ilk növbədə iki ölkənin münasibətlərdə bərabər şərtlərə malik olub-olmadığının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
