Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən 1600 ticarət gəmisi iki aydan çoxdur sıxlıq səbəbindən hərəkətsiz qalıb.
Army.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, gəmiçilik şirkətləri təhlükəli bölgədən keçid üçün alternativ marşrutlar axtarsa da, böyük logistika və maliyyə riskləri ilə üzləşirlər.
ABŞ-ın bölgədə təhlükəsiz keçid yaratmaq cəhdlərinə baxmayaraq, nəticələr məhdud olub və indiyədək yalnız iki gəmi nəzarət altında olan marşrutu uğurla keçə bilib.
Kanalın məlumatına görə, hazırkı şəraitdə tranzit əməliyyatları həm yükün dəyərini, həm də ekipajların təhlükəsizliyini ciddi risk altına saldığı üçün bir çox daşıyıcı şirkət keçidi təkbaşına həyata keçirməkdən imtina edir.
