Ev DünyaSüni intellektlə bağlı həyəcan siqnalı: “Böyük fəlakətlərə səbəb ola bilər”

Süni intellektlə bağlı həyəcan siqnalı: “Böyük fəlakətlərə səbəb ola bilər”

by Baş Redaktor
19 Baxış

Süni intellektin gələcəkdə bəşəriyyətin mövcudluğuna son qoyacağı ehtimalı hələ də qeyri-müəyyən olaraq qalır. Lakin bu texnologiyanın ciddi fəsadlara və böyük miqyaslı zərərə yol aça biləcəyi istisna edilmir.

Army.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev açıqlama verib.

Medvedev generativ süni intellekt sistemlərini hazırlayan şirkət və mütəxəssisləri də tənqid edib. Onun sözlərinə görə, bu texnologiyaların yaradıcıları nə ayrı-ayrı insanların, nə də bütövlükdə bəşəriyyətin gələcəyi ilə bağlı kifayət qədər narahatlıq nümayiş etdirirlər.

O bildirib ki, süni intellektin nəzarətdən çıxaraq insanlığı məhv etməsi ssenarisi hazırda kifayət qədər qeyri-müəyyəndir. Bununla belə, daha real təhlükə onun müxtəlif kritik sistemlərin idarə edilməsində yanlış və ya təhlükəli qərarlara səbəb olmasıdır.

banner

Medvedev xüsusilə iri sənaye obyektləri və nəqliyyat infrastrukturlarının süni intellektlə idarə olunması zamanı yarana biləcək risklərə diqqət çəkib.

Əlaqəli Yazılar Xüsusi