Ev DünyaBloomberg: Avropa gələn ay Rusiya ilə danışıqlara hazırlaşır

Bloomberg: Avropa gələn ay Rusiya ilə danışıqlara hazırlaşır

by Baş Redaktor
30 Baxış

Avropa ölkələri Rusiya ilə danışıqların təşkilini gələn ay gündəmə gətirə bilər.

Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

Bildirilib ki, Böyük Britaniya, Fransa və Almaniya Ukraynanın cəbhədə əldə etdiyi nəticələr və Rusiyanın iqtisadi problemlərini nəzərə alaraq Kreml üzərində təzyiq imkanlarının artdığını düşünür.

Planlara əsasən, müharibənin mövcud cəbhə xətti üzrə dayandırılması və Ukraynaya çoxmillətli qüvvələrin yerləşdirilməsi də daxil olmaqla təhlükəsizlik zəmanətlərinin verilməsi nəzərdən keçirilir.

banner

Eyni zamanda, London və Brüssel yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiya paketinin hazırlanması üzərində işləyir.

Əlaqəli Yazılar Xüsusi