Ukrayna Prezidenti Volodimir Zelenski həqiqətən sülh istəyirsə, bunun üçün konkret addımlar atmalıdır.
Army.az xəbər verir ki, bunu onun keçmiş mətbuat katibi Yuliya Mendel “Telegram” kanalında yazıb.
Mendelin sözlərinə görə, Zelenski sülh istədiyini bəyan etsə də, buna nail olmaq üçün ata biləcəyi çətin addımlardan danışmır.
O, üç əsas addıma diqqət çəkib. Mendelin fikrincə, ilk növbədə, 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putinlə danışıqları qadağan edən fərman ləğv edilməlidir.
İkinci addım kimi isə Mendel prezident seçkilərinin keçirilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsini təklif edib. O bildirib ki, Ukrayna Ali Radası atəşkəs elan olunmasını gözləmədən də bu dəyişikliklərə səs verə bilər.
