Ağ Ev daxilində ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla bağlı münaqişənin həllinə həddindən artıq fokuslanması səbəbilə yorğunluq və “tükənmişlik” hissi yaranıb.
Army.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, bu münaqişə planlaşdırılandan iki dəfə daha uzun çəkib və bu da administrasiya daxilində narazılıq və çıxış yolları axtarışını gücləndirib.
Trampın tərəfdarları arasında qeyri-rəsmi müzakirələrdə kadr dəyişikliyinin vəziyyətdən çıxış yolu olub-olmayacağı sualı gündəmə gətirilir.
“Administrasiya tamamilə bu münaqişəyə fokuslanıb. Əslində, bir növ yorğunluq və passivlik vəziyyəti var, çünki elə görünür ki, heç nə dəyişmir… Hətta müəyyən uğurlar olsa belə, bu barədə məlumat verilmir. Sanki İranla bağlı bu vəziyyətdən başqa çıxış yolu yoxdur.”
