Ukrayna “1000-ə 1000” formatında əsir mübadiləsi üzrə razılaşmaları yerinə yetirməyə hazırdır.
Army.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya açıqlamasında Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı sədrinin müavini Andrey Yusov məlumat verib.
“Danışıqlar paralel bəyanatlara baxmayaraq dayanmır, Ukrayna razılaşmaları yerinə yetirməyə hazırdır. Kiyev 2022-ci ildən əsirlikdə olan hərbi qulluqçuların geri qaytarılması üçün danışıqları davam etdirir”, – deyə qeyd edib.