Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskvanın qiymətləndirməsinə görə, Kiyev hazırda münaqişənin sülh yolu ilə nizamlanmasına hazır görünmür.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığına ehtiyac yaranacağı təqdirdə, əlaqə qısa müddətdə razılaşdırılacaq və keçiriləcək.
Peskov həmçinin vurğulayıb ki, Rusiya qarşıya qoyduğu məqsədlərə danışıqlar yolu ilə nail olunması variantına açıq qalır.
Bundan əlavə, Kremlin sözçüsü qeyd edib ki, Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının operativ iclasını keçirəcək.
