Ev Hərbi XəbərlərABŞ–İran böhranında diplomatik kanallar yenidən işə düşdü

ABŞ–İran böhranında diplomatik kanallar yenidən işə düşdü

by Baş Redaktor
86 Baxış

Qətər, Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının nümayəndələri son günlər ABŞ və İran rəsmiləri ilə bir sıra telefon danışıqları keçiriblər. Məqsəd tərəflər arasında gərginliyin daha da artmasının qarşısını almaq və nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi üçün şərait yaratmaqdır.

Army.az xəbər verir ki, bu barədə Axios nəşri məlumatlı mənbələrə istinadən yazır.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, hazırda əsas diqqət əvvəlcə qarşıdurmanın yumşaldılması ilə bağlı razılığın əldə olunmasına, daha sonra isə texniki ekspert qrupları arasında növbəti danışıqların tarixinin müəyyənləşdirilməsinə yönəlib.

Əlaqəli Yazılar Xüsusi