Ev Hərbi XəbərlərErmənistan ordusunda yeni layihə: Mövqelərdə hamamlar tikilir

Ermənistan ordusunda yeni layihə: Mövqelərdə hamamlar tikilir

by Baş Redaktor
165 Baxış

Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi mövqelərdə stasionar hamamların tikildiyini açıqlayıb. Layihənin məqsədi hərbçilərin istənilən vaxt çimmək imkanını təmin etməkdir.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Papikyan bildirib ki, pilot layihə uğurla davam etdirilərsə, gələcəkdə oxşar infrastruktur ordunun bütün istiqamətlərində yaradılacaq.

Lakin təşəbbüs birmənalı qarşılanmayıb. Erməni jurnalist Voskan Sarkisyan hesab edir ki, hərbçilərin sanitar şəraitinin yaxşılaşdırılması vacib olsa da, bu addım ordudakı nizamnamədənkənar münasibətləri və intizam problemlərini aradan qaldırmır.

banner

Jurnalistin sözlərinə görə, orduda baş verən çoxsaylı ölüm və intihar hallarının əsas səbəbini mövqelərdə hamamların olmaması ilə əlaqələndirmək doğru deyil. O vurğulayıb ki, ordudakı daha dərin problemlərin həlli üçün əlavə tədbirlər görülməlidir.

Əlaqəli Yazılar Xüsusi