Ev GündəmTürkiyədə ağır qəza: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Türkiyədə ağır qəza: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

by Baş Redaktor
54 Baxış

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda tur avtobusu ilə evakuatorun toqquşması nəticəsində 11 nəfər həyatını itirib, 27 nəfər yaralanıb.

Army.az xəbər verir ki, qəza Gebze-Orhangazi-İzmir avtomobil yolunun Akhisar keçidi yaxınlığında baş verib.

Bursadan İzmir istiqamətində hərəkət edən sərnişin avtobusu evakuatorla toqquşub.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Xilasetmə işləri nəticəsində yaralılar xəstəxanalara çatdırılıb.

banner

Əlaqəli Yazılar Xüsusi