Ev GündəmTürkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib

by Baş Redaktor
32 Baxış

Türkiyənin cənub-şərqində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Army.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar sentyabrın 24-də saat 10:40 radələrində başlayıb.

Zəlzələnin episentri Şanlıurfa şəhərinin şimal-qərbində yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

banner

İlkin məlumata əsasən, zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, sentyabrın 24-də Cənubi Kuril adaları yaxınlığında da 4,6 maqnitudalı zəlzələ baş verib. Həmin ərazidə bundan bir gün əvvəl də 4,4 maqnitudalı yeraltı təkanlar qeydə alınmışdı.

Əlaqəli Yazılar Xüsusi