Ermənistan İctimai Televiziyasının canlı efirində qonaqlar arasında əlbəyaxa qarşıdurma yaşanıb.
Army.az xəbər verir ki, insident hökumətyönlü bloger və “Respublika” partiyasının üzvü Arutyun Mkrtçyanla müxalif “Politik.am” portalının redaktoru Boris Murazi arasında başlayıb.
İlk olaraq tərəflər arasında sözlü mübahisə yaranıb. Gərginlik getdikcə artaraq fiziki qarşıdurmaya çevrilib.
Mübahisənin səbəblərindən biri kimi efir zamanı Murazinin yezidi əsilli olmasının qabardılması, həmçinin onun və valideynlərinin ünvanına təhqiramiz ifadələrin işlədilməsi göstərilir.
