Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyi proqnozlaşdırılır.
Army.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.
FHN müraciətində müvafiq təhlükəsizlik qaydalarını xatırladıb:
“Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girmək çox təhlükəlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
