ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlara müvəqqəti fasilə verməsi Vaşinqtonun diplomatik səylərinə imkan yaratmaq məqsədi daşıyır.
Army.az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NBC News telekanalına müsahibəsində danışıb.
Uolts bildirib ki, hazırda ABŞ ilə İran arasında müxtəlif kanallar vasitəsilə danışıqlar davam edir və təmaslar həm texniki, həm də yüksək siyasi səviyyədə aparılır.
“Prezident Donald Tramp diplomatik prosesə şərait yaratmaq üçün hərbi zərbələri dayandırmaq qərarı verib. Hazırda danışıqlar texniki müstəvidən başlayaraq ən yüksək siyasi səviyyəyədək bütün istiqamətlər üzrə davam edir”, – deyə Mayk Uolts vurğulayıb.
