Ev DünyaErmənistan məhsullarına növbəti zərbə: Rusiya yeni qadağanı təsdiqlədi

Ermənistan məhsullarına növbəti zərbə: Rusiya yeni qadağanı təsdiqlədi

by Baş Redaktor
21 Baxış

Rusiya Ermənistandan süd və süd məhsullarının idxalına qadağa tətbiq ediləcəyini rəsmən təsdiqləyib.

Army.az xəbər verir ki, yeni məhdudiyyət 27 iyuldan etibarən qüvvəyə minəcək.

Rusiya aidiyyəti qurumları qərarı Ermənistanda süd məhsullarının istehsalında istifadə olunan xammalın mənşəyini təsdiqləyən etibarlı nəzarət sisteminin olmaması və istehsal zəncirinin izlənilməsi mexanizmlərinin kifayət qədər səmərəli işləməməsi ilə əsaslandırıb.

Qeyd olunur ki, bu addım son aylarda Ermənistan mənşəli məhsullara tətbiq edilən məhdudiyyətlərin davamıdır. Daha əvvəl Rusiya Ermənistan istehsalı olan spirtli içkilər, çiçəklər, meyvə-tərəvəz, mineral sular və balıq məhsullarının idxalına da müxtəlif qadağa və məhdudiyyətlər tətbiq etmişdi.

banner

Əlaqəli Yazılar Xüsusi