Rusiya Prezident Administrasiyası Avrasiya İqtisadi İttifaqı Müqaviləsinin Ermənistan üçün dayandırılmasının mümkün nəticələrinə dair hazırlanmış hesabatı hələ nəzərdən keçirməyib.
Army.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Yerli medianın hesabatın artıq Kreml tərəfindən araşdırılıb-araşdırılmadığı ilə bağlı sualını cavablandıran Peskov qısa şəkildə “Xeyr, hələlik yox” deyib.
Xatırladaq ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələri bir gün əvvəl AİB Müqaviləsinin Ermənistan üçün dayandırılmasının yarada biləcəyi nəticələrə dair hesabat təqdim ediblər.
