Ev Dünya“Hraparak”: Paşinyan yeni Konstitusiya prosesini sürətləndirmək istəyir

“Hraparak”: Paşinyan yeni Konstitusiya prosesini sürətləndirmək istəyir

by Baş Redaktor
33 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi son görüşdən sonra İrəvanda yeni Konstitusiyanın hazırlanması istiqamətində fəaliyyətin intensivləşdirildiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Nəşrin iddiasına əsasən, Azərbaycan tərəfi iyun ayında Ermənistanda keçirilən parlament seçkilərindən sonra Konstitusiya məsələsi ilə bağlı prosesin ləngiməsindən narazıdır.

“Hraparak” yazır ki, Paşinyan yeni Konstitusiya təşəbbüsünü irəli aparmaq üçün bir neçə mərhələdən ibarət strategiya müəyyənləşdirib. İlk mərhələdə cəmiyyətin müxalif mövqedə olan təbəqələrini konstitusiya dəyişikliklərinin ölkənin inkişafı və rifahı baxımından vacibliyinə inandırmaq nəzərdə tutulur. Bu məqsədlə hətta müxalifətə yaxın media vasitələrindən istifadə etməklə təbliğat kampaniyasının təşkili də müzakirə olunur.

banner

Növbəti mərhələdə parlamentdəki müxalifət qüvvələrinə müraciət edilərək referendumun keçirilməsinə dəstək vermələri istənilə bilər. Bu təşəbbüsə mənfi cavab verilərsə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələri ayrı-ayrı müxalif deputatları təşəbbüsə qoşulmağa razı salmağa çalışacaqlar.

Nəşrin məlumatında iddia olunur ki, Paşinyan bu prosesdə deputatlara təzyiq göstərilməsi və onların müxalifət düşərgəsindən hakimiyyət tərəfinə keçirilməsi ehtimalını da istisna etməyib.

“Hraparak”ın yazdığına görə, digər variantlar nəticə verməsə, növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gətirilə bilər. Bu yolla parlamentdə konstitusiya dəyişiklikləri üçün tələb olunan çoxluğun əldə edilməsi və yeni əsas qanunun qəbuluna nail olunması planlaşdırılır.

Əlaqəli Yazılar Xüsusi