İsrail Baş naziri Benyamin Netanyahu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanlarından Əhməd Vəhidinin açıqlamalarına toxunaraq bildirib ki, İran İslam Respublikası nüvə proqramını davam etdirmək niyyətini açıq şəkildə bəyan edib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Netanyahu vurğulayıb ki, İsrail “razılaşma ilə də, razılaşmasız da” İranın nüvə silahına sahib olmasına imkan verməyəcək:
“Bu gün SEPAH komandiri Vəhidi tərəfindən İran İslam Respublikasının nüvə silahının inkişafını davam etdirmək niyyətinin açıq şəkildə elan edildiyini eşitdik. O bildirib ki, bu proqramı davam etdirəcəklər.
İsrailin baş naziri kimi mən İran İslam Respublikasının nüvə silahına sahib olmasının qarşısını almaqda qətiyyətliyəm”.