Rusiya hökumətinin baş nazir müavini Aleksey Overçuk Ermənistanın siyasi gələcək istiqaməti ilə bağlı açıqlama verib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
O bildirib ki, əgər Ermənistanda avropayönlü siyasi qüvvələr hakimiyyətə gələrsə, bu, ölkənin Avropa İttifaqına doğru irəliləməsi kimi qiymətləndirilə bilər. Bu halda isə Moskvanın İrəvana münasibəti və iqtisadi dəstəyi məsələsi yenidən nəzərdən keçirilə bilər.
Overçuk sual edib ki, belə bir istiqamət seçən ölkəyə niyə dəstək göstərilməlidir və Rusiya vəsaitlərinin gələcəkdə fərqli siyasi mövqe tutan tərəfə yönəldilməsi nə dərəcədə məqsədəuyğundur.
Onun sözlərinə görə, xarici siyasət kursunun dəyişməsi dövlətlərarası münasibətlərdə də yeni reallıqlar yaradır və bu, iqtisadi əməkdaşlıq formatlarına da təsir edə bilər.
